İştirakçı rəyləri

Sinif otaqlarımızda tətbiqi passiv şagirdlərin və hətta İKT-yə maraq göstərməyən müəllimlərin dərsə marağını artıracağına əminəm. Dərslərimdə Kahootda hazırladığım testlərdən istifadə edəcəyəm.

Rəqəmsal Qiymətləndirmə üsulları - Kahoot seminarının iştirakçısı Orta məktəb müəllimi

Boş vaxtlarımda istifadə edəcəyim proqramla tanış oldum. Hazırlanmış materialları şagirdlərə təqdim edəcəyəm. Təlim daha uzun müddətli olsa daha çox fayda verəcəyini düşünürəm.

Rəqəmsal Qiymətləndirmə üsulları - Kahoot seminarının iştirakçısı Orta məktəb müəllimi

Məktəbin informatika otağında Kahoot proqramı ilə test oyun keçirməyi planlaşdırıram. Proqramı şagirdlərin qiymətləndirilməsi üçün istifadə edəcəyəm.

Rəqəmsal Qiymətləndirmə üsulları - Kahoot seminarının iştirakçısı Orta məktəb müəllimi

Şagirdlərin əylənərək öyrənməsi üçün maraqlı üsuldur. Öz dərslərimin tədrisində istifadə edəcəyəm. Gələn həftə mütləq şəkildə suallar hazırlayıb öz şagirdlərimlə və eləcə də bu təcrübəni məktəbimizdə müəllimlərlə bölüşəcəyəm.

Rəqəmsal Qiymətləndirmə üsulları - Kahoot seminarının iştirakçısı Orta məktəb müəllimi

İşlədiyim müəssissədə vurğulanan problemlər olmamasına baxmayaraq ümumilikdə qiymətləndirmədə bu problemlərdən xəbərdar olmağımız xoş oldu. Xədicə xanımın problemlərin real həlli yollarını da təqdim etməsi faydalı bir çıxış formalaşdırdı. Təşəkkür edirəm.

Öyrənmənin Qiymətləndirilməsi III Beynəlxalq Təlim Konfransı Özəl Məktəb müəllimi

Stiven Koksun məruzəsində ümumi dil anlayışı deyəndə nə başa düşüldüyü və Blum taksonomiyası haqqında məlumat aldıq. Eyni zamanda, öyrənmənin səmərəliliyini təmin etmək üçün öyrənmə mühitinin nə qədər vacib olduğu haqqında məlumatlandırıldıq.

Öyrənmənin Qiymətləndirilməsi III Beynəlxalq Təlim Konfransının iştirakçısı Orta məktəb müəllimi

Sizin Makarenka məktəbində verdiyiniz təlimlərin nəticəsində bizim məktəbdə çox dəyişikliklər oldu. Bu məktəbə yeni gəlmişəm və sizin mərkəz haqqında çox eşitmişəm və elə ona görə də öyrənmək üçün sizə müraciət etmişəm.

Müəllim Fabriki təlimlərinin iştirakçısı Makarenka adına məktəbin müəllimi

Mən həm müəllimə, həm də təlimçiyəm. Öyrəndiklərimi bir-bir qeyd edirəm, çox yeniliklər var.

"Müəllim Fabriki" təlimlərinin iştirakçısı Orta məktəb müəllimi

Baxmayaraq ki, mənim 55 yaşım var, yetəri qədər özümü təcrübəli müəllim hesab edirəm, ancaq bu təlim məndə çox fikirləri dəyişdi. Övladlarım 30-33 yaşlarındadılar, onlara qarşı həmişə sərt olmuşam, ancaq indi sanki daha anlayışlı olmağa başlamışam və münasibətimi dəyişmişəm.

"Müəllim Fabriki" təlimlərinin iştirakçısı Orta məktəb müəllimi

Mən Azərbaycan Müəllim İnkişafı Mərkəzində təcrübə keçmişəm və bu mənim müəllimlik kareyramın ən qazanclı dövrü hesab edirəm. Həm dərslərdə, həm də təlimlərdə Vafa xanımdan çox şey öyrənmişəm. Onun dərs müşahidələri və verdiyi xüsusi rəylər məni inkişaf etdirir.

Müəllim Fabriki təlimlərinin iştirakçısı Orta məktəb müəllimi

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow