Qrem Pollok

polok

Qrem Pollok Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktoru olmaqdan böyük şərəf və məmnunluq duyur. Onun bütün karyerası təhsil və məktəblə bağlı olmuşdur. Qrem müəllim, şöbə rəhbəri, məktəb inspektoru, məktəb direktoru olmuş, Yeni Zelandiyada layihələr üzərində işləmiş, beynəlxalq səviyyədə isə Sakit okean regionunda YUNESKO, Kambocada Kamboca Trust təşkilatı ilə Yeni Zelandiya Xarici İşlər Nazirliyinin birgə layihəsində işləmiş və Səudiyyə Ərəbistanında GEMS Təhsil təşkilatı ilə əməkdaşlıq etmişdir. Bununla yanaşı, o, Yeni Zelandiyada Məktəb sertifikatı imtahanları və Bursari universitetində imtahan və qiymətləndirmə üzrə çalışmışdır. Qremin kurikulumun hazırlanması, qiymətləndirmə, müəllimlərin peşəkar inkişafı və öyrənmə sahələrinə böyük marağı vardır. O, “Daha yaxşı öyrənmək üçün qiymətləndirmə” və “Fərq yaradan məktəblər” kimi məktəb işinin yaxşılaşdırılması layihələrində işləmişdir. Qrem doqquz il Yeni Zelandiya hökuməti tərəfindən maliyyələşdirilən və ölkə boyunca təhsilin bütün sahələrində müəllimlərin peşəkar inkişafına yönəldilmiş Müəllimlərin təkmilləşmə komitəsində sədr kimi çalışmışdır. 

Qrem mükəmməliyi təşviq edən, uğura dəyər verən, çətinliklərin öhdəsindən gəlməyə sövq edən və tolerantlığı təbliğ edən təhsilə böyük dəyər verir. O, AMİM –də istedadlı müəllim təlimçiləri, inzibati və yardımçı heyətin bir üzvü olmaqdan böyük məmnunluq duyur. AMİM-in məqsədi həm dövlət, həm də özəl məktəblərdə çalışan hər bir müəllimi onların ehtiyaclarına uyğun davamlı təkmilləşmə və peşəkar inkişaf təlimləri ilə təmin etməkdir. 

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow