Direktorlar İnstitutu

21 avqust 2017 - 25 avqust 2017

principal

Avqustun ayının 21-25-i tarixlərində Azərbaycan Müəllim İnkişafı Mərkəzində beynəlxalq təhsil mütəxəssisi Bill Martin (ABŞ), və Qrem Pollok (AMİM-in direktoru) tərəfindən direktor, direktor müavinləri və potensial direktorlar üçün liderlik təlimləri keçilib. AMİM-in təlimçiləri isə bu işə dəstək olmuşlar. 
Bil Martin təhsil üzrə qabaqcıl tədqiqatçıdır. Onun beynəlxalq tədqiqata ən son töhfəsi Con Edvardla (John Edward) birgə yazdığı “Uğura nail olan məktəblər” kitabıdır. 
O, 2013-cü ildən bəri 6 ölkədə 180-dən çox məktəblə əməkdaşlıq etmiş, onlara güclü təlim mühiti və mədəniyyəti yaratmaqda köməklik göstərmişdir. O, ABŞ-da məktəb direktoru işləmiş, Monrou orta məktəbinin direktoru kimi yüksək liderlik fəaliyyətlərinə görə Miçiqan Dövlət Qanunvericilik hakimiyyəti tərəfindən xüsusi mükafata layiq görülmüşdür.
    Bil Yeni Zelandiya, ABŞ, Birləşmiş  Krallıq, Avstraliya, İsveçrə, İspaniya, Malaziya kimi ölkələrdə beynəlxalq konfranslara dəvət alaraq əsas məruzəçi olmuş və Birləşmiş Millətlər Təşkilatının Küveytdə təhsil sistemində islahat aparmaq üçün yaratdığı qrupda Norveç və İsveç məktəblərinin liderlik potensialının artırılması məqsədi ilə uzunmüddətli peşəkar inkişaf proqramları yaratmış və tətbiqinə yardım etmişdir.
Təlimin proqramı günümüzün təhsil reallığı üçün mühüm olan bir sıra müxtəlif mövzuları əhatə etmişdir:

  • Liderlik və rəhbərlik 
  • İşçi heyət arasında uzlaşmanın yaradılması 
  • Lider kimi özünü tanımaq
  • İnkişaf və təlimyönümlü mədəniyyət yartamaq
  • Tədris-təlimlə bağlı liderlik
  • Yeniliklərin təşviqi
  • Ölçmələr, cavabdehlik, qiymətləndirmə, dəlillərə əsaslanan qərarlar
  • Peşəkar inkişaf və öyrənmə
  • Məktəbdə dəyişikliklərin idarə edilməsi
  • Çətinliklərin idarə edilməsi 
  • Liderlik və liderlər yetişdirmək 

Təlim müddətində müxtəlif fəaliyyətlər etməklə iştirakçılara Konstruktivizm, Sosial konstruktivizm, Öyrənmə boşluğu, Batler modeli, Fərdi Praktik Bilik, Dreyfus modeli və digər bu kimi nəzəriyyələrin təcrübədə tətbiqinin istiqamətləri aşılandı. İştirakçılara dəyişmə mədəniyyəti barədə geniş məlumat verildi. Dəyişikliyin, gətirilən yeniliyin ilk öncə müqavimətlə qarşılandığını, lakin bu prosesin peşəkarcasına həyata keçiriləcəyi təqdirdə daha az çətinliklərlə reallaşa biləcəyini bildirdi, bunun üçün strategiyalar göstərildi. Təlim zamanı yerli məktəb direktorları ilə aparılmış araşdırma nəticələrinə də istinad edildi, mövcud ehtiyacların həlli üçün müxtəlif strategiyalar araşdırıldı. Bil məktəb direktorunun şəxsi keyfiyyətlərinə də toxunaraq bildirdi ki, bir lider kimi onlar öz işçilərini daim motivə etməli, onların qayğısına qalmalı, peşəkar inkişaflarına dəstək verməlidir. Direktor məktəbin və heyətin ehtiyacını bilmək, rəhbərliklə işçilər arasında etibarlı bağın, güvənin yaradılması üçün mühakimədən uzaq, düzgün dialoq aparmağı bacarmalıdır. 
O, iştirakçılara liderliyin əslində nə olduğunu, onun məktəbin idarəolunmasından nə ilə fərqləndiyini bildirdi. Liderlik xarakter kimi və liderlik vəzifə kimi yanaşmalarına diqqət çəkildi. Hər bir məktəb liderində olması gərəkən xüsusiyyətləri vurğuladı. Eyni zamanda Bil qeyd etdi ki, məktəblərin uğura çatmaları, normal vətəndaş yetişdirə bilmələri üçün işçi heyətinin iştirakı ilə məktəb olaraq hədəflər, mental modellər, dəyərlər müəyyən edib, formalaşdırmalıdırlar. Bu dəyərlərin, mədəniyyətin formalaşması üçün zaman, təşəbbüskarlıq, cəsarət və yorulmadan davamlı fəaliyyət lazımdır. Fikir Birliyi:10/4 səsvermə strategiyasından istifadə edərək iştirakçılarla ümumi dəyərləri müəyyən etdilər. 
    Sonda iştirakçılara beynəlxalq səviyyəli sertifikat verildi. 

Növbəti təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow