“Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfransı

16 noyabr 2017 - 17 noyabr 2017

“Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfransı

Salam!

Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) Sizi 16 və 17 noyabr 2017-ci il tarixlərində keçiriləcək “Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfransı və 18 noyabr 2017-ci il tarixində baş tutacaq konfrans sonrası “Master klass” seminarlarında görməkdən məmnunluq hissi duyacaq. Konfrans Avropa Azərbaycan Məktəbinin Badamdarda yerləşən binasında keçiriləcəkdir.

Bu ilki konfransımız “Öyrənməyi öyrənmək” mövzusuna köklənəcəkdir. Konfrans müddətində iştirakçılar öyrənməyin mahiyyəti, bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin necə olduğuna dair biliklərini inkişaf etdirəcəklər. Bundan əlavə, konfransda düşünmə prosesinin necə baş verdiyi, müəllimlərin ağıllı düşünmək bacarığını necə təşviq edə biləcəkləri və şagirdlərin təlim nəticələrinin inkişaf etdirilməsində beynin məlumatı necə emal etdiyinin rolu təhlil olunacaqdır. 

Konfrans iki tanınmış beynəlxalq tədqiqatçını Leyn Klark (Kanada) və Mətt Bromli (BK) Bakıda bir araya gətirəcəkdir. Leyn və Mətt beynəlxalq tədqiqat, düşüncə və öyrənmənin “işığında” bizləri tədris təcrübəmizi yenidən nəzərdən keçirməyə ruhlandıracaqlar. 

Əsas məruzəçilərimizlə yanaşı, yüksək təcrübəli xarici və yerli təhsil işçiləri və müəllimlər də bölmə seminarlarında müxtəlif mövzularda təqdimat edəcəklər. 
 
Konfransda beynəlxalq səviyyəli təhsil liderlərinin peşəkar öyrənmə və inkişafa dair təcrübələrindən əlavə, Azəbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin görüşməsi, ünsiyyət qurması və ən yaxşı təcrübələrini bölüşməsi üçün də imkan yaranacaqdır.

AMİM komandası adından Sizi bu konfransda iştirak etməyə  
dəvət edirəm. Qeydiyyat üçün zəhmət olmasa, AMİM-in 
saytından www.azteachers.az konfransın keçidinə daxil olun. 

Hörmətlə,

Qrem Pollok
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktoru

Növbəti təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow