Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınmasına dair açıq tenderi

19 dekabr 2016 - 19 aprel 2017

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınmasına dair açıq tender”də   Azərbaycan Müəllim İnkişafı Mərkəzi qalib elan edilmişdir. Bununla əlaqədar ölkənin 9 bölgəsindən olan və 1000-dən artıq müəllimi əhatə edən təlimlərin yüksək səviyyədə keçirilməsi üçün  Mərkəzin bütün insan və resurs potensialı səfərbər edilmişdir və 2016-cı ilin 19 dekabr tarixindən etibarən təlimlərin keçirilməsinə başlamışdır. 
Təlimlər “Sinifin idarə olunması” , “Oxu bacarıqlarının inkişafı” və  “Riyazi-məntiqi təfəkkürün inkişafı” modulları üzrə təlimlər
Yuxarıda qeyd olunduğu kimi, təlimlərdə 9 bölgənin:  Gəncə və Şirvan şəhərinin, Saatlı, Sabirabad, Masallı, İmişli, Xaçmaz, Cəlilabad və Hacıqabul rayonlarının müəllimləri iştirak etmişlər. Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçiləri (Günay Bayramova, Xədicə Cəfərova, Dilbər Qasımova, Çinarə Nur, Vəfa Musayeva, Antonina Raxmatova, Səbinə Hüseynova və Elmira Hüseynova ) Şirvan, Saatlı, Hacıqabul, Xaçmaz və Gəncə şəhərlərində 3 modul üzrə təlimlər keçmişlər. 

Müəllimlərə 3 istiqamət üzrə təlimlər keçilmişdir:

1.    İbtidai təhsil səviyyəsində sinfin idarəedilməsi üzrə təlim (24 akademik saat/12 təlim sessiyası (90 dəqiqəlik))
2.    İbtidai təhsil səviyyəsində şagirdlərdə oxu bacarıqlarının inkişafı üzrə təlim (60 akademik saat/30 təlim sessiyası (90 dəqiqəlik))
3.    İbtidai təhsil səviyyəsində şagirdlərdə riyazi-məntiqi təfəkkürün inkişafı üzrə təlim (60 akademik saat/30 təlim sessiyası (90 dəqiqəlik))
Yekun

Tender proqramı üzrə fəaliyyət AMİM komandası üçün çox faydalı oldu.  İlk növbədə Azərbaycanın müxtəlif  bölgələrində ümumi təhsilin vəziyyəti, xüsusilə də müəllimlərin ehtiyacları barədə ətraflı məlumat əldə olundu. Əminliklə demək olar ki, peşəkar inkişafın davamlı olacağı və respublika üzrə bütün müəllimləri əhatə edəcəyi təqdirdə müəllimlərin, eyni zamanda tədris və təlimin keyfiyyətinin artan templə yüksəlişinə möhkəm zəmin yaradıla bilər. 

Qrem Pollok
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin
Direktoru 
www.azteachers.az 

Layihə çərçivəsində təlimlər

Növbəti təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow