AMİM "A-dan Z-yə Layihə" təliminə start verir.

18 fevral 2019

 

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinə qoşulmaq istəyən təhsil işçiləri üçün “A-dan Z-yə layihə” təlimini elan edirik.

Təlim nəticəsində:
Təhsillə bağlı yeni layihə ideyalarını tapacaq, 
Mövcud ideyalarınızı layihə formasına salacaq,
Layihənin həyata keçirilmə addımlarını öyrənəcək, 
Layihənin idarə olunması və monitorinqini həyata keçirəcək, 
Qiymətləndirmə və hesabatın hazırlanması qaydaları ilə tanış olacaqsınız.

Təlimçiniz Qoşqar Məhərrəmov Təhsilin idarə olunması üzrə beynəlxalq təcrübəyə malik mütəxəssis olub bir sıra mühüm layihələrə rəhbərlik etmiş və uğurla tamamlamışdır.

Təlim boyunca təlimçinin nəzarəti altında addımbaaddım layihəniz üzərində işləyəcək və təlimi hazır layihə ilə başa vuracaqsınız.

Təlimin sonunda iştirakçılara sertifikat veriləcəkdir.

Təlimin ödənişi: 50 AZN

☎️Telefon: (012)599 1967; (050)290 1695 
➡️Qeydiyyat: http://bit.ly/2Ty2IgQ

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow