“Microsoft Office” Proqramlar Paketi (Word, Excel, PowerPoint)

28 yanvar 2019 - 21 fevral 2019

Hörmətli müəllimlər! 

AMİM “Microsoft Office” Proqramlar Paketi (Word, Excel, PowerPoint) kursuna start verir.

Kurs müddətində ofis proqramlarının ən təməl funksiyalarını və işlənmə qaydasını öyrənməklə yanaşı, hər xırda detallar daxil olmaqla praktiki şəkildə tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Hər qrupda 6-12 nəfər nəzərdə tutulub. İstəklərin çoxluğunu nəzərə alaraq kursu iki növbədə (səhər və günorta saatlarında) keçirəcəyik. Ancaq say çoxluğu qeydə alınarsa qrupların sayı artırılacaqdır.

İstəyə uyğun olaraq siz bütöv proqramlar paketini (Word+Excel+ PowerPoint) və ya ayrı-ayrılıqda proqramları (Word və ya Excel və ya PowerPoint)seçə bilərsiniz. 

*Qeyd edək ki, Microsoft Word və Microsoft Powerpoint hər biri 8 sessiya (hər sessiya 90 dəqiqə), Microsoft Excel isə 10 sessiya (hər sessiya 90 dəqiqə) olmaqla keçiriləcəkdir. 

Tarix: 28 yanvar - 21 fevral, 2018 
Saat: 10:00-11:30 
Saat: 15:00-16:30


Ödəniş: Bütöv paket (Word+Excel+ PowerPoint) - 200 manat
             Microsoft Word (yalnız): 65 manat 
             Microsoft Excel (yalnız): 80 manat
             Microsoft Powerpoint (yalnız): 65 manat

Təlimçi: Ramin Sultanov

Məkan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi
Ünvanımız: Hüseyn Cavid prospekti 186, Mirvari Park yaşayış kompleksi. AZ1141. Zərifə Əliyeva liseyi ilə üzbəüz yerləşir. 

Əlavə məlumat: 0125991967 / 0502901695 

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow