Humanitar elmlərdə tədqiqat metodları

25 yanvar 2019 - 27 yanvar 2019

 

 Təlimin məqsədi humanitar elmlərdə yəni pedaqogika, sosiologiya, fəlsəfə, idarəetmə, psixologiya, politologiya kimi sahələrdə istifadə olunan tədqiqat metodlarını və tədqiqatın nəticəsi olan elmi iş və məqalələrin yazılması qaydalarını iştirakçılara öyrətməkdir. 

Təlimdə kimlər iştirak edə bilər? 
- Ali məktəblərin və institutların müvafiq elm sahələrində çalışan müəllimləri, elmi işçiləri
- Ali məktəblərdə humanitar sahələrdə doktorantura və magistratura təhsili alan tələbələr
- Tədqiqatla məşğul olan hər kəs

Təlimin sonunda iştirakçılar:

- Müasir mənada elmi tədqiqat anlayışlarına bələd olacaqlar 
- Elmi tədqiqatın aparılması mərhələlərini öyrənəcək və praktiki olaraq istifadə edəcəklər
- Elmi tədqiqatın növlərini, üsullarını öyrənəcək və praktiki istifadə edəcəklər
- Elmi məqalənin yazılması mərhələlərini, strukturunu öyrənəcək və beynəlxalq impakt faktorlu elmi jurnallara uyğun məqalə yazacaqlar

* Təlim Türk dilində keçiriləcəkdir. Ehtiyac olduqda Azərbaycan dilinə tərcümə olunacaqdır. 

Təlim günlərinin hər birində iki çay fasiləsi olacaqdır və təlimin sonunda iştirakçılara sertifikat, öyrənmə materialları təqdim olunacaqdır. 

Təlimçi: Ahmet Aypay ( http://ahmetaypay.com/hakkimda/ )
Tarix: 25-27 yanvar, 2019-cu il
Saat: 9.00 - 16.00
Təlimin ödənişi: 75 AZN.
Məkan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi

Qeydiyyatdan keçmək üçün keçidə daxil olun: 
http://events.azteachers.az/20/az/

Ünvan: Hüseyn Cavid prospekti 186. Mirvari Park yaşayış kompleksi. Zərifə Əliyeva liseyi ilə üzbəüz

Ətraflı məlumat üçün: 012 5991967 / 0558123214
info@azteachers.az

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow