AMİM-in Azərbaycan Dövlət Pedaqoji universitetin Şəki filialında keçirilən TKT təlimləri uğurla davam edir.

31 oktyabr 2018

Amerika səfirliyinin dəstəyi ilə həyata keçirilən layihənin tərkib hissəsi olaraq, AMİM Azərbaycan Dövlət Pedaqoji universitetin Şəki filialında TKT təlimləri təşkil edir. Təlimdə Universitetin İngilis dili kafedrasının müəllimləri böyük həvəslə iştirak edir və ingilis dilinin ikinci dil kimi öyrənilməsi ilə bağlı biliklər əldə edirlər. Təlimlər ərzində müəllimlər bir dil kimi ingilis dilinin xüsusiyyətlərinə bələd olacaq və dil öyrənmə və dilin tədrisində rol oynayan faktorlara nəzər salacaqlar. Təlimlər 2019-cu ilin yanvar ayına kimi davam edəcək və sonda müəllimlər TKT Modul 1 üzrə imtahan verəcəklər.

AMİM-in Təlimçi müəllimi

Fatimə Əliyeva

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow