“Cyber Security and Digital Citizenship training sessions“ – the joint project of ATDC and Azercell in Gabala

12 oktyabr 2018

1-5 oktyabr tarixlərində Qəbələ rayonu 5 saylı orta məktəbdə Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Azercell-in birgə layihəsi olan “Kiber Təhlükəsizlik və Rəqəmsal Vətəndaşlıq” təlimləri keçirildi. Təlimlər istər şagirdlər, istərsə də valideyn və müəllimlər tərəfindən böyük maraqla qarşılandı. Belə ki, prosesə 120-dən çox şagird (6, 7, 8 və 9-cu sinif şagirdləri) və 60-a yaxın müəllim və valideyn cəlb olunmuşdu. Təlimlərdə şagirdlərə internetdən daha səmərəli və təhlükəsiz istifadə etmə yolları nümayiş etdirildi və rəqəmsal vətəndaşlıq termininin müasir dövr üçün əhəmiyyəti izah olundu. Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçiləri Emin Tahirov və Ramin Sultanov məktəb müəllimlərinə və valideynlərə şagirdlərin internetdən nəzarətsiz istifadə etməsinin riskləri, yarana biləcək təhlükələr və şəxsi məlumatların mühafizə edilməsi haqda ətraflı məlumat verdilər. Qeyd edək ki, layihənin Azərbaycanın müxtəlif bölgələrində keçirilməsi nəzərdə tutulur, növbəti məlumatları bizim facebook səhifəmizdən və vebsaytımızdan əldə edə bilərsiniz.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow