AMİM ilə 55 saylı məktəb layihə çərçivəsində əməkdaşlığa başladı

09 oktyabr 2018

 

27.09.2018-ci il tarixində 55 nömrəli tam orta məktəbdə 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən elan olunmuş qrant layihələri çərçivəsindəni “Xüsusi siniflərdə (nitq qüsurlu) təhsil alan şagirdlərin istedadının müəyyənləşdirilməsi və ilk peşə ixtisasına yönləndirilməsi” layihəsin açılış mərasimi oldu. Məktəb direktoru Sevinc Tahirova mərasimi açıq elan etdi və iştirakçılara layihə haqqında ümumi məlumat verdi. Açılış mərasimində layihənin bir hissəsini reallaşdıran Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) mütəxəssisi Səbinə Hüseynova da çıxış etdi və təşkilatın layihə çərçivəsində nitq qüsurlu şagirdlərin valideynləri və onlara dərs deyən müəllimlərlə aparılacaq təlimlər haqqında danışdı. AMİM sağlamlıq imkanları məhdud uşaqların təhsili üçün vacib olan inklüziv təhsilin inkişafına köklənən bu layihədə iştirak etdiyinə görə fərəh hissi duyur.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow