Açıq vebinar/ Facebook live - "Autizmli əziyyət çəkən şagirdlərlə necə işləməli"

06 noyabr 2018

AMİM ödənişsiz vebinarlar silsiləsinə daxil olan növbəti vebinarını facebook life üzərindən həyata keçirəcəkdir. Bu dəfəki mövzu "Autizmli əziyyət çəkən şagirdlərlə necə işləməli" olacaqdır.

Autizm həyat boyu davam edən və insanların sosial həyatını məhdudlaşdıran inkişaf çatışmazlığıdır. Onun nəticəsində insanlar digər insanların nə gördüyünü, nə eşitdiyini yaxud nə hiss etdiyini anlaya bilmir və buna görə də sosial münasibətlərində və davranışlarlarında ciddi problemlərlə üzləşirlər. Autizm beyinin normal işləməsini məhdudlaşdıran neyroloji xəstəlikdir. Autizm xəstəliyindən əziyyət çəkən şagirdlərinizlə effektiv işləmək üçün fərdi təlim planı hazırlanmalıdır. Bu plana müxtəlif elementlər daxil edilir:
Təlim yanaşmaları
Sinfin idarə olunması üçün uyğun strategiyalar
Ünsiyyəti inkişaf etdirən strategiyalar
Əsas vərdişlərin öyrədilməsi

Vebinarda toxunulacaq aktual mövzular bunlardır:
- Autizm nədir?
- Autizmin xarakterik cəhətləri
- Autist şagirdlərə kömək etməyin yolları
- Autist şagirdləri öyrətmə strategiyaları
- Davranış problemlərinin həlli

Tarix: 6 noyabr 2018-ci il
Saat: 15.00 -16.00
Təlimçi: Emin Tahirov

Qeydiyyat: https://goo.gl/forms/l12NoPXSx3BDfw952

*Mövzuya dair daha geniş məlumat əldə etmək və sizi maraqlandıran suallara cavab tapmaq üçün qeyd edilən saatda Azərbaycan Müəllim İnkişafı Mərkəzi səhifəsinə daxil olaraq bizə qoşulmağı unutmayın. https://www.facebook.com/bakuamim/

Əlavə məlumat üçün 0125991967 və ya 0502901695 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow