Açıq vebinar/Facebook live - "Effektiv ev tapşırığının hazırlanması"

02 oktyabr 2018

AMİM ödənişsiz vebinarlar silsiləsinə daxil olan növbəti vebinarını facebook life üzərindən həyata keçirəcəkdir. Bu dəfəki mövzu "Effektiv ev tapşırığının hazırlanması" olacaqdır.

Ev tapşırığı şagirdlərin öyrənmə prosesinə kömək edir, yoxsa mane olur? Hansı şagirdlərə, hansı şərtlər altında kömək edir və ya mane olur?

Vebinar zamanı yuxarıda qeyd edilən, müəllim və valideynləri narahat edən suallar cavablandırılacaq. O cümlədən, ev tapşırığı sahəsində aparılan tədqiqatların nəticələri, şagird nailiyyətinə müsbət və mənfi təsir edən ev tapşırığı növləri və effektiv ev tapşırıqlarının xüsusiyyətləri müzakirə olunacaq. Ev tapşırığının qiymətləndirilməsi və yoxlanılması prosesisi də dinləyicilərin diqqətinə çatdırılacaq.

Tarix: 2 oktyabr 2018-ci il
Saat: 15.15 -16.15
Təlimçi: Gülşən Hüseynli

*Mövzuya dair daha geniş məlumat əldə etmək və sizi maraqlandıran suallara cavab tapmaq üçün qeyd edilən saatda Azərbaycan Müəllim İnkişafı Mərkəzi səhifəsinə daxil olaraq bizə qoşulmağı unutmayın. https://www.facebook.com/bakuamim/

Əlavə məlumat üçün 0125991967 və ya 0502901695 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow