Açıq vebinar-Diqqət Çatışmazlığı və Hiperaktivlik Sindromu (DÇHS) və onun sinif otağında idarə olunması

14 sentyabr 2018

Dəyərli AMİM izləyiciləri!

AMİM ödənişsiz vebinarlar silsiləsinə daxil olan növbəti vebinarını facebook life üzərindən həyata keçirəcəkdir. Bu dəfəki mövzu "Diqqət Çatışmazlığı və Hiperaktivlik Sindromu (DÇHS) və onun sinif otağında idarə olunması" olacaqdır.

DÇHS müasir dövürdə uşaqların tez-tez qarşılaşdığı psixofizioloji pozğunluqlardan biridir. Ən əsas çətinliklərdən biri bu sindromun diaqnozunun qoyulması və tibbi müalicəsidir. Məruzə zamanı DÇHS-nun davranış simptomları müzakirə olunacaq, dərs zamanı belə uşaqlara kömək etmə yolları haqqında danışılacaqdır. Eyni zamanda DÇHS-lu uşaqların həm tədris prosesində, həm də davranışında daha yaxşı nəticələr göstərmək üçün uyğun olan strategiyalar nümayiş olunacaqdır.

Tarix: 14 sentyabr 2018-ci il

Saat: 15.00 -16.00

Təlimçi: Səbinə Hüseynova

*Mövzuya dair daha geniş məlumat əldə etmək və sizi maraqlandıran suallara cavab tapmaq üçün qeyd edilən saatda Azərbaycan Müəllim İnkişafı Mərkəzi səhifəsinə daxil olaraq bizə qoşulmağı unutmayın. https://www.facebook.com/bakuamim/

Əlavə məlumat üçün 0125991967 və ya 0502901695 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow