Açıq seminar - Problem əsaslı öyrənmə

12 sentyabr 2018

AMİM ödənişsiz seminarlar silsiləsinə daxil olan "Problem əsaslı öyrənmə" adlı növbəti təlimini təqdim edir. 

Con Dyui deyir ki, təhsil sisteminin əsasında uşaqların araşdırmaq və yaratmaq kimi təbii instinklərinə əsaslanan öyrənmə dayanmalıdır. Əslində bütün təlim prosesi ya mövcud problemi (məsələni) həll etməyə ya da bu həll üçün hazırlıq zəmini yaratmağa yönəlib. Riyazi hesablamalardan (bu neçə edir?), ədəbi analizlərə (bu nə deməkdir?), elmi təcrübələrdən (bu necə və nə üçün baş verdi?), tarixi araşdırmalara (nə oldu və nə üçün məhz belə oldu?) qədər şagirdin məqsədi bu və ya digər suallara cavab tapmaq üçün qarşıya qoyulan problemləri həll etmək və ən yaxşı həll yollarını araşdırmaqdır. Məhz bu səbəbdən də, şagirdin dərslə tam ahəngdə olmasını, dərin anlamanı və real tətbiqi təmin edən problem əsaslı öyrənmə bütün təhsil işçilərinin diqqət mərkəzində olmalıdır.

Tarix: 12 sentyabr 2018-ci il
Saat: 15.15 -16.15
Təlimçi: Çinarə Nur

Qeydiyyat: https://goo.gl/forms/ZnS5J4zhz8CiUPc12

*Qeyd edək ki, qeydiyyat məhdud saydan sonra başa çatacaqdır və qeydiyyatın bağlanmasını səhifəmizdə elan edəcəyik. Qeydiyyat bitənə qədər formu doldurub qeydiyyatdan keçən hər bir şəxs seminarda iştirak edə bilər. 

Ünvan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi 
Hüseyn Cavid prospekti, 186. Mirvari Park yaşayış kompleksi. 
Zərifə Əliyeva adına liseylə üzbəüz.

Əlavə məlumat üçün 0125991967 və ya 0502901695 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow