Ödənişsiz seminar - İnternet Təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq

07 sentyabr 2018

Dəyərli valideynlər və müəllimlər!
AMİM ödənişsiz seminarlar silsiləsinə daxil olan növbəti təlimini fərqli və çox aktual bir mövzuda təqdim edir. 

"İnternet Təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" adlanan bu təlim internetdən istifadə zamanı şagirdlər, məktəblər və ailələri gözləyən təhlükələr, bu təhlükələrin qarşısının alınması və ya problemlərin aradan qaldırılması yolları, şagirdlərin internetdən təhlükəsiz istifadəsi üçün praktik məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi çox önəmli məsələlərə toxunaraq, müasir şagird, müəllim və valideynin ən çox ehtiyac duyduğu və məsləhət almaq istədiyi mövzuları işıqlandırır. 

*Qeyd edək ki, qeydiyyat məhdud saydan sonra başa çatacaqdır və qeydiyyatın bağlanmasını səhifəmizdə elan edəcəyik. Qeydiyyat bitənə qədər formu doldurub qeydiyyatdan keçən hər bir şəxs seminarda iştirak edə bilər. 

Tarix: 7 sentyabr 2018-ci il
Saat: 15.00 -16.00
Təlimçi: Çinarə Nur

Qeydiyyat: https://goo.gl/forms/8LIIAQHgZyzi0SqA2

Ünvan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi 
Hüseyn Cavid prospekti, 186. Mirvari Park yaşayış kompleksi. 
Zərifə Əliyeva adına liseylə üzbəüz.

Əlavə məlumat üçün 0125991967 və ya 0502901695 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow