"Effektiv ev tapşırığının hazırlanması" təlimi

20 iyun 2018 - 22 iyun 2018

Ev tapşırığı şagirdlərin öyrənmə prosesinə kömək edir, yoxsa mane olur?  Hansı şagirdlərə, hansı şərtlər altında kömək edir və ya mane olur? Şagird nailiyyətinin artırılmasına nail olmaq istəyən təhsil işçilərini bu suallar çətinliyə salır. Valideynləri övladlarına həddindən çox  və ya az tapşırıq verilməsi məsələsi narahat edir, müəllimlər isə hər iki halda tənqid olunur. 

Təlim zamanı ev tapşırığı sahəsində aparılan tədqiqatların nəticələri, şagird nailiyyətinə müsbət və mənfi təsir edən ev tapşırığı növləri, effektiv ev tapşırıqlarının xüsusiyyətləri, hazırlanması, qiymətləndirilməsi və rəy verilməsi məsələləri müzakirə olunacaq və effektiv ev tapşırığı nümunələri təqdim ediləcəkdir.

  • Ev tapşırığının növləri
  • Ev tapşırığının xüsusiyyətləri
  • Ev tapşırığının tərtibatı
  • Ev tapşırığının qiymətləndirilməsi, gecikdirilmiş ev tapşırıqlarına münasibət 
  • Ev tapşırığına şifahi və yazılı rəyin verilməsi
  • Ev tapşırığının verilib-verilməməsi zamanı nəzərə alınası faktorlar

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow