AMİM növbəti "Yazı bacarıqlarının inkişaf etdirilməsi" təliminə start verir

21 iyun 2018

AMİM növbəti "Yazı bacarıqlarının inkişaf etdirilməsi" təlimini təqdim edir.

Amerika yazıçısı Toni Morrison yazır: "Oxumaq istədiyiniz, amma hələ yazılmamış bir kitab varsa, o kitabı özünüz yazın.” Çox müdrik fikirdir. Amma bunu həyata keçirə bilmək nə dərəcədə mümkündür? Yazı xüsusi bacarıqlar tələb edir. Bəzilərimiz uşaqlıqdan sadəcə qələmi əlimizə almaqla yazsaq da, çoxlarımız yazıya başlamağa belə əziyyət çəkirik və yazı qabiliyyətimizin olmadığını bəhanə gətirərək bu sahədən uzaqlaşırıq. Texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda uşaqlarda yazıya maraq oyatmaq, onların yazı qabiliyyətlərini inkişaf etdirmək məsuliyyəti yenə də biz müəllimlərin boynuna düşür. Daima müəllimlərin yükünü azaltmağın yollarını düşünən AMİM ibtidai siniflərdə şagirdlərin yazı bacarıqlarını inkişaf etdirmək üçün təlimlər paketi hazırlayıb. Təlimlərimiz vasitəsilə siz yazının yarandığı ilk dövrlərə səyahətə çıxacaq, yazı prosesində addım-addım iştirak edəcək, yazının 6 xüsusiyyəti və qiymətləndirilməsi ilə tanış olacaq, eləcə də yazı dərslərinizi daha maraqlı etmək üçün müxtəlif strategiyalara yiyələnəcəksiniz.

Təlimlər AMİM-in peşəkar təlimçilərindən olan Dilbər Qasımova tərəfindən keçiriləcəkdir.

Tarix: 21, 22, 28, 29 iyun və 2, 3, 5, 6, 9 iyul, 2018-ci il

Saat: 09.30 - 12.30

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow