“Öyrənmənin qiymətləndirilməsi” adlı III Beynəlxalq Təlim Konfransı

16 noyabr 2018 - 17 noyabr 2018

Öyrənmənin qiymətləndirilməsi adlı III Beynəlxalq Təlim Konfransı

Salam!

Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) Sizi 16 və 17 noyabr 2017-ci il tarixlərində keçiriləcək “Öyrənmənin qiymətləndirilməsi” adlı III Beynəlxalq Təlim Konfransı və 18 noyabr 2018-ci il tarixində baş tutacaq konfrans sonrası “Master klass” seminarlarında görməkdən məmnunluq hissi duyacaq. Konfrans Avropa Azərbaycan Məktəbinin Badamdarda yerləşən binasında keçiriləcəkdir.

Bu ilki konfransın mövzusu öyrənmənin qiymətləndirilməsidir. Konfrans zamanı iştirakçılar qiymətləndirmənin əsas prinsipləri və formativ qiymətləndirmənin nə olduğunu dərindən anlayacaqlar. Həmçinin, konfrans iştirakçıları öyrənmənin məqsədini və uğur meyarlarını müəyyən edə biləcək, şagirdlərin daimi inkişafı üçün onlara effektiv rəyin verilməsi ilə yaxından tanış olacaq, şagirdlərlə aparılan səmərəli sinif müzakirələri, suallar və tapşırıqların idarə olunması və şagirdlərin tədris prosesi zamanı bir-birinə kömək etməsi yollarını araşdıracaqlar.

Konfransa tanınmış beynəlxalq məruzəçilər dəvət olunmuşdur. Onlardan Andy Griffits Şerinqam məktəbində baş müəllim vəzifəsində çalışan Karen Syuell ilə birgə iki kitabın həmmüəllifidir. Ondan başqa məruzəçilər arasında tanınmış təhsil işçiləri olan Hanna Filips, Stiven Kruks, Karli Maquayr və AMİM-in qiymətləndirmə üzrə aparıcı mütəxəssisi Xədicə Cəfərova da yer alır. Xədicə Cəfərova “Qiymətləndirmənin praktikada reallaşdırılması- Azərbaycan məktəblərindəki problemlər və onların həlli” mövzusunda məruzə ilə çıxış edəcək.

Təcrübəli beynəlxalq və yerli təhsil mütəxəssissləri və müəllimlər əsas məruzəçilərin mövzularını dəstəkləyən müxtəlif spesifik və interaktiv seminarlar təqdim edəcəkdir.

Konfrans dünyaca məşhur təhsil xadimləri tərəfindən təqdim olunan professional inkişaf imkanları ilə yanaşı, Azərbaycanın dörd bir yanından olan müəllimləri bir araya gətirərək, onlar arasında əlaqə qurmaq və ən yaxşı təcrübəni bölüşmək imkanı verəcəkdir.

AMİM komandası adından Sizi bu konfransda iştirak etməyə dəvət edirəm.
Qeydiyyatdan keçmək üçün Konfransın səhifəsinin Qeydiyyat bölməsinə daxil olun.

Hörmətlə,

Hörmətlə,

Qrem Pollok
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktoru

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow