Ödənişsiz seminar - “6 Düşüncə papağı metodu”

07 mart 2018

AMİM ödənişsiz seminarlar silsiləsinə daxil olan növbəti seminarını təqdim edir.

Bu dəfəki seminarın mövzusu “6 Düşüncə papağı metodu” 
Tənqidi düşüncə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi adlanır.

AMİM ödənişsiz seminarlar silsiləsinə daxil olan növbəti seminarını təqdim edir.
Bu dəfəki seminarın mövzusu “6 Düşüncə papağı metodu” 
Tənqidi düşüncə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi adlanır.

Tənqidi düşüncə və problem həll etmə bacarıqları 21-ci əsrdə uğur qazanmaq üçün çox vacib hesab edilsə də, bir çox təhsil müəssisələrində bu bacarıqlar proqramın bir hissəsi kimi tədris edilmir. AMİM tərəfindən təklif edilən təlimdə yaradıcı və konseptual düşüncə sahəsində tanınmış şəxs olan Edvard De Bononun tənqidi düşüncəni formalaşdırmaq üçün yaratdığı “6 düşüncə papağı” metodu təqdim ediləcək. Bildiyiniz kimi, ənənəvi düşünmə diskusiyalar və fikirlərin toqquşması, tərəf tutma və digər tərəfin səhf olduğunu sübut etmək üzərində dayanır. Bu isə müzakirələrə cəlb edilənləri məhdudlaşdırır və məsələlər bir tərəfli araşdırılır. Paralel düşüncə isə konstruktiv düşüncə olub bu prosesə cəlb edilənlərdən eyni istiqamətə baxmağı tələb edirək problem müxtəlif bucaqlardan araşdırılır. 6 düşüncə papağı metodu məhz müxtəlif nəzər nöqtələri və fikirləri bir-biri ilə toqquşmadan yanaşı aparmaqla paralel düşüncə tərzini təmin etmiş olur. Təlimdə bu metodun vasitəsilə tənqidi düşüncə və problem həll etmə bacarıqlarının sinifdə necə effektiv tədris edilməsi məsələləri araşdırılacaq. 

Seminar AMİM-in peşəkar təlimçilərindən olan Gülşən Hüseynli tərəfindən keçiriləcəkdir.

Tarix: 7 mart, 2018-ci il
Saat: 14.00

Ünvan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi
Hüseyn Cavid prospekti, 186. Mirvari Park yaşayış kompleksi.

Qeydiyyat üçün: https://goo.gl/forms/r8VBAOEo5s9F5zdl2

* Qeyd edək ki, qeydiyyatdan keçən hər kəs seminarda iştirak etmək hüququ qazanır. Odur ki, qeydiyyat müəyyən saydan sonra dayandırılacaqdır.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow