Azercell şirkəti ilə əməkdaşlıq çərçivəsində "İnternet Təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" təlimləri yekunlaşdı

26 dekabr 2017

Azərbaycan Müəllim İnkişafı Mərkəzi Azercell şirkəti ilə əməkdaşlığı çərçivəsində 6 saylı orta məktəbdə Çinarə Nur tərəfindən keçirilən "İnternet Təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" təlimlərini yekunlaşdırdı. Proqram şagird-müəllim-valideyn üçbucağında texnologiya və internetdən istifadə ilə bağlı yaranan problem və sualları aydınlaşdırmaq, daha məlumatlı, açıqfikirli və digərlərini də maarifləndirməyə hazır şagirdlər, daha müasir, yeniliklərə açıq və texnologiya ilə dost müəllimlər, övladının ehtiyac və maraqlarından xəbərdar, onlarla dost olmağı və güvən hissi verməyi bacaran valideynlər formalaşdırmaqda töhfə vermək, gözlənilən problemlərin qarşısını alaraq cəmiyyətə və gələcəyə faydalı olmaq məqsədi daşıyır. 
Müəllimlər üçün təlim nəticələri aşağıdakılar olmuş və böyük rəğbətlə qarşılanmışdır:
– Müasir təhsilin tələblərini və ehtiyaclarını müzakirə etmək, 5C anlayışını araşdırmaq;
– Şagirdyönümlü texnologiya və tətbiqlərlə tanış olmaq;
– Təhlükəsiz axtarış saytlarını və onlardan istifadə qaydalarını öyrənmək;
– Google-da axtarış zamanı münasib olmayan və açıq təsvirlərin əldə edilməsinin qarşısını alan funksiyanı aktivləşdirməyi öyrənmək;
– Rəqəmsal vətəndaşlıq anlayışını və onun ayrı-ayrı komponentlərini araşdırmaq, faydalarını və azərbaycan reallığındakı yerini müzakirə etmək, sinifdə istifadəsinə dair kiçik təqdimatlar hazırlamaq;
– Həmkarlarını maarifləndirmək məqsədilə öyrənilənlər əsasında çıxış hazırlamaq;

Növbəti təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow